Xobidə yol qəzasında piyada həlak oldu

Dec 18, 2025 - 21:08
 0  24
Xobidə yol qəzasında piyada həlak oldu

Xobidə yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib. Hadisə az əvvəl Çotne Dadiani küçəsində baş verib.

Xeber.ge xeber  verir ki, 70 yaşadək kişi piyada hərəkət edərkən avtomobil onu vurub. Hadisə yerinə təcili tibbi yardım və polis briqadaları cəlb olunub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyatın hərəkəti və ya istismarı qaydalarının pozulması, insan ölümünə səbəb olduqda) üzrə istintaq başlanılıb.