Axaltsixedə qaz partlayışı: 4 nəfər Tbilisiyə aparılıb

Jul 5, 2026 - 21:26
 0  24
Axaltsixedə qaz partlayışı: 4 nəfər Tbilisiyə aparılıb

Axaltsixedə, Rustaveli küçəsində yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Tbilisidəki Yanıq Mərkəzinə aparılıblar.

XEBER.GE xeber  verir ki, hər dörd nəfərdə yanıqlar əsasən ətraflardadır.

Hadisə bu gün, 5 iyul səhər saatlarında baş verib. İlkin versiyaya görə, evdə qaz sızması olub, işıq yandırılan zaman isə partlayış baş verib.

Faktla bağlı istintaq aparılır.