DİN-dən Lars keçid məntəqəsi ilə bağlı bəyanat
Daxili İşlər Nazirliyi bəyanat yayaraq bildirir ki, son 24 saat ərzində Lars gömrük-keçid məntəqəsi vasitəsilə Gürcüstan sərhədini Rusiya Federasiyasının 20 000 vətəndaşının keçməsi ilə bağlı məlumatlar yayılır.
XEBER.GE xeber verir ki,
"Aydınlaşdırırıq ki, son 24 saatın məlumatlarına əsasən, Lars gömrük-keçid məntəqəsi vasitəsilə Gürcüstan dövlət sərhədini müxtəlif ölkələrin 7 880 vətəndaşı keçib.
Həmçinin analoji dövrdə həmin keçid məntəqəsindən müxtəlif ölkələrin 8 406 vətəndaşı ölkəni tərk edib.
Bütün maraqlı tərəfləri dəqiqləşdirilməmiş məlumatları yaymaqdan, eləcə də müxtəlif göstəriciləri yanlış təfsir etməkdən və təhrif olunmuş formada təqdim etməkdən çəkinməyə çağırırıq".