Yuxarı Lars keçid məntəqəsi bağlandı
Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yük maşınları üçün bağlanıb.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Yolların buz bağlaması səbəbindən Qudauri-Kobi məntəqəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.
Yol minik avtomobilləri üçün açıqdır.
Hazırda keçiddə 2025 yük maşını gözləyir. Onların 630-u erməni yük maşınıdır.
mənbə: axar