Diqqət, dələduzluq! Cərimə adı ilə saxta SMS-lər göndərilir
Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına görə, onların adından ehtimal olunan dələduzluq sxemi həyata keçirilib.
Xüsusilə, 2026-cı il avqustun 19-da vətəndaşlara avtonəqliyyat vasitələrinin cərimələnməsi barədə SMS bildirişləri daxil olub.
XEBER.GE xeber verir ki, bildirişlərdə göstərilən keçidə (linkə) daxil olduqda dələduzluq məqsədli veb-sayt — https://ge-polic-des.eu.cc/ge açılır. Burada Ətraf Mühitə Nəzarət Departamentinin köhnə loqosu və ödənilməmiş cərimənin nəticələri barədə məlumat yerləşdirilib. Veb-sayt bank kartının standart detallı rekvizitlərini daxil etməklə ödəniş etmək imkanı verir.
Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşları pul mənimsənilməsinə xidmət edə biləcək bu ehtimal olunan dələduzluq sxeminə aldanmamağa çağırır. Analoji mesajlar aldıqda göstərilən veb-sayta daxil olmamaq tövsiyə olunur", — deyə Ətraf Mühitə Nəzarət Departamenti bəyan edib və əlavə edib ki, növbəti tədbirlərin görülməsi üçün materiallar Daxili İşlər Nazirliyinə göndərilib.