Marneuli–Sadaxlı yolunda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
Marneuli–Sadaxlı avtomagistralının Tsereteli hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
XEBER.GE xeber verir ki, məlumata görə, “Toyota” və “Opel” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Toyota” yoldan çıxıb.
Hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.