Tbilisidə tikinti icazəsi adı ilə dələduzluğa cəhd edən iki nəfər saxlanılıb

Aug 25, 2025 - 13:14
 0  20
Tbilisidə tikinti icazəsi adı ilə dələduzluğa cəhd edən iki nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları böyük məbləğdə özgə əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd faktı üzrə iki nəfəri saxlayıblar.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslərdən biri özünü Dövlət Təhlükəsizlik Xidmətində rəhbər vəzifədə çalışan şəxs kimi təqdim edib. O, bir vətəndaşı inandırıb ki, guya Tbilisi meriyası tərəfindən torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinə qısa müddətdə icazə almaqda köməklik göstərəcək. Bunun müqabilində isə onlar ümumilikdə 70 000 ABŞ dolları tələb ediblər.

2025-ci il avqustun 22-də şübhəlilər vətəndaşdan əvvəlcədən 10 000 ABŞ dolları alıblar. Pulun verilməsindən dərhal sonra hər iki şəxs – G.L. və Ş.Q. – əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19 və 180-ci maddələrinin 2-ci və 3-cü hissələri üzrə istintaq aparılır. Qanunvericilik bu əmələ görə altı ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress