Dmanisi bələdiyyəsinin kəndində karantin elan olunacaq

Sep 17, 2026 - 21:31
Sep 17, 2026 - 21:32
 0  9
Dmanisi bələdiyyəsinin kəndində karantin elan olunacaq
: :
playing

Dmanisi bələdiyyəsində quduzluğun iki halı təsdiq edilib – Qanaхleba kəndində laboratoriya tədqiqatının nəticəsində iki iribuynuzlu mal-qarada infeksiya müəyyən olunub. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, heyvanlarda dişləmə izləri aşkar edilməyib.

XEBER.GE xeber  verir ki, quumun məlumatına görə, ərazidə karantin elan edilməsi, heyvanların vaksinasiyası və dezinfeksiya olunması planlaşdırılır.

"Kvemo Kartli bölgəsində, dəqiq desək, Dmanisi bələdiyyəsinin Qanaхleba kəndində laboratoriya tədqiqatının nəticəsi olaraq 2 baş iribuynuzlu mal-qarada quduzluq təsdiq edilib. Sahiblərin bildirdiyinə görə, heyvanlarda dişləmə izləri müşahidə olunmurdu.

Qida Təhlükəsizliyi Agentliyi infeksiya ocağında səhiyyə mütəxəssisləri ilə birlikdə işləyir. Qeyd olunan faktla əlaqədar olaraq, qanunvericiliyə uyğun şəkildə xəstəliyin ləğvi tədbirləri görüləcək: xəstəlik ocağında karantin elan olunacaq; quduzluğa həssas olan heyvanların vaksinasiyası, dezinfeksiyası, heyvanların yerdəyişməsinə məhdudiyyət qoyulacaq; quduzluğa həssas heyvanların sağlamlığı üzərində nəzarət təsis olunacaq. Epidemioloji araşdırmanı Kvemo Departamentinin mütəxəssisləri həyata keçirəcəklər", – deyə məlumatda bildirilir.