Batumidə dənizdə iki kater toqquşdu: Yaralılar var
Batumidə dənizdə iki kater bir-biri ilə toqquşub — mövcud məlumata görə, bir neçə nəfər xəsarət alıb.
XEBER.GE xeber verir ki,
Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən klinikaya çatdırılıb. İlkin məlumata əsasən, yaralıların həyatı üçün təhlükə yaradan xəsarətləri yoxdur.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.