Tbilisidə polis rəisinin müavini saxlanıldı-VİDEO
Gürcüstan Prokurorluğu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsini xidməti səlahiyyətlərini aşma ittihamı ilə həbs edib.
Xeber.ge xəbər verir ki,
İstintaq materiallarına əsasən, L.X. saxlanılan şəxsin azyaşlı olduğunu və onunla bağlı hər hansı prosessual hərəkətin yalnız valideyninin (və ya qanuni nümayəndəsinin) iştirakı ilə mümkün olduğunu bilsə də, qanunu kobud şəkildə pozub. Belə ki, o, narkotik vasitələrin yerləşdiyi gizli ünvanların (tzv. "lokasiya") fotolarını tapmaq məqsədilə azyaşlının mobil telefonunu zorla yoxlamağa cəhd edib.
Yeniyetmə telefonu kiliddən açmaqdan imtina etdikdə, rəis müavini onu təhqir edib və həbslə hədələyib. Prokurorluğun məlumatına görə, proses zamanı azyaşlı dəfələrlə qanuni nümayəndəsinin çağırılmasını tələb etsə də, polis zabiti buna məhəl qoymayıb.
Fakt DİN-in Baş İnspeksiyası tərəfindən araşdırıldıqdan sonra materiallar Prokurorluğa təqdim edilib. L.X. dindirilmə zamanı əməlini etiraf edib. O, Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə saxlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.