Tbilisi hava limanında insident Almaniya vətəndaşı ölkədən deportasiya edildi

Jan 10, 2026 - 12:55
 0  53
Tbilisi hava limanında insident Almaniya vətəndaşı ölkədən deportasiya edildi
: :
playing

DİN-in məlumatına görə, Almaniya vətəndaşı, 1998-ci il təvəllüdlü B.M. saxlanılaraq Gürcüstandan deportasiya edilib.

Qurumun bildirdiyinə görə, həmin şəxs Tbilisi hava limanında ictimai asayişi pozub və polis əməkdaşlarını şifahi şəkildə təhqir edib.

Xeber.ge xeber  verir ki, yanvarın 7-də sözügedən şəxs Tbilisi Beynəlxalq Hava Limanında olarkən təcavüzkar davranıb, ictimai asayişi kobud şəkildə pozub. Patrul polisi əməkdaşları onu nizam-intizama dəvət edərkən o, polisləri şifahi təhqir edib, nəticədə B.M. inzibati qaydada saxlanılıb.

Tbilisi Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü və 166-cı maddələri ilə hüquqpozan qismində tanıyıb. Ona inzibati tənbeh növü kimi 4 000 lari məbləğində cərimə tətbiq edilib, həmçinin ölkədən çıxarılmasına (deportasiya) və 3 il müddətinə Gürcüstana girişinə qadağa qoyulmasına qərar verilib" – deyə DİN-in bəyanatında bildirilir.