Çiaturada polisə hücum ittihamı ilə 4 nəfər saxlanılıb
DİN-nin məlumatına görə, Çiaturada xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qrup şəklində hücum etməkdə ittiham olunan 4 nəfər saxlanılıb: 2008-ci il təvəllüdlü S.İ., 1999-cu il təvəllüdlü Q.Ş., 2000-ci il təvəllüdlü A.M. və 1994-cü il təvəllüdlü M.Ş.
Xeber.ge xeber verir ki,
Məlumata əsasən, istintaq Cinayət Məcəlləsinin 353-cü prim maddəsi (hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qoruyan digər şəxsə hücum) ilə aparılır. Bu maddə 8 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.