Faciəvi yol qəzası: Ata və oğul həyatını itirdi

Jun 27, 2025 - 11:28
 0  46
Faciəvi yol qəzası: Ata və oğul həyatını itirdi
: :
playing

Ötən gün Zestafoni bələdiyyəsində baş vermiş ağır yol qəzası iki nəfərin həyatına son qoyub.

Tvrini–Alaverdi yolunda iki avtomobilin toqquşması nəticəsində ata və oğul hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan qadın sərnişin xəstəxanaya yerləşdirilib. Digər avtomobilin sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanılıb.

mənbə: interpress