Gürcü müxalifəti İvanişviliyə məktub yazdı
Gürcüstanın dörd müxalif partiyası Gürcü Arzusunun lideri Bidzina İvanişviliyə məktub ünvanlayıb.
Bu barədə “Exo Kavkaza” məlumat yayıb.
Məktubda müxalifət ölkənin düşdüyü böhranın demokratik yolla həlli üçün zəruri olan əsas tələbləri irəli sürüb.
“Etirazlar zamanı saxlanılan bütün siyasi məhbuslar dərhal azad edilməli və onlara qarşı bütün işlərə xitam verilməli;
Yeni, müstəqil seçki orqanı tərəfindən parlament seçkiləri keçirilməli və hüquq-mühafizə orqanlarının siyasi neytrallığı təmin edilməlidir.
Gürcüstanın qələbəsi, azadlığımız qaçılmazdır!” - müxalifət liderləri məktubda qeyd edib.
mənbə: axar