İşıq kəsilməsinə görə Tbilisi metrosunun fəaliyyəti dayandırılıb
Gürcüstanda baş verən genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində fasilələr yaranıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində Tbilisi Metropoliteni hazırda sərnişinlərə xidmət göstərmir.
Həmçinin vətəndaşların məlumatına görə, Gürcüstan Dəmir Yollarında da hərəkət müvəqqəti dayandırılıb.
Elektrik kəsintisinin rəsmi səbəbi hələ açıqlanmayıb.
mənbə: report