Gürcüstanda bəzi it cinslərinin yetişdirilməsi dayandırılır
Gürcüstan hökuməti ölkə ərazisində "hiperpopulyasiyanın idarə edilməsi məqsədilə" konkret it cinslərinin yetişdirilməsinə dair moratorium elan edib.
Xeber.ge xeber verir ki,
Qadağa tətbiq edilən cinslərin siyahısı: Qərara əsasən, aşağıdakı yüksək riskli və digər it cinslərinin 3 il müddətində çoxaldılması (yetişdirilməsi) qadağan edilir:
Yüksək riskli cinslər: Amerikan Pitbul Teriyeri, Fila Brazileyro, Staffordşir Teriyeri, Argentinalı Doq, Tosa İnu, Kane Korso, Staffordşir Bulteriyeri.
Digər cinslər: Haski, Malamut, Layka.
Qanuni əsas və nəzarət mexanizmi: "Ev heyvanları haqqında" qanunun 23-cü maddəsinə əsaslanan bu qərarın icrasına Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi və yerli bələdiyyə orqanları nəzarət edəcək.
Sərt cərimə sanksiyaları: Parlament tərəfindən 2025-ci ilin iyulunda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə (Maddə 103³) əsasən, hökumətin elan etdiyi moratorium qaydalarını pozaraq bu cinsləri yetişdirən şəxslər 10 000 lari (təxminən 3 700 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.