Gürcüstanda İnterpol tərəfindən axtarılan iki Türkiyə vətəndaşı saxlanılıb

May 8, 2026 - 12:08
 0  10
Gürcüstanda İnterpol tərəfindən axtarılan iki Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Krimnal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat keçirilib.

İnterpolun "qırmızı bülleten"i ilə axtarılan Türkiyə Respublikasının iki vətəndaşı yaxalanıb.

 Xeber.ge xəbər verir ki, saxlanılan şəxslər müxtəlif ağır cinayətlər törətməkdə ittiham olunurlar:

Saxlanılan şəxslər Türkiyə və Qazaxıstan hüquq-mühafizə orqanlarının sorğusu əsasında, törətdikləri ağır cinayətlərə görə beynəlxalq axtarışa veriliblər.

Polis tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxslər müxtəlif vaxtlarda Ozurgeti və Batumi şəhərlərində ələ keçiriliblər.

Hazırda hər iki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq ekstradisiya prosedurları davam etdirilir. Onların yaxın vaxtlarda aidiyyatı ölkələrə təhvil veriləcəyi gözlənilir.