Qlobal bazarda neft bahalaşıb – Gürcüstanda yanacağın qiyməti necədir?

Beynəlxalq bazarda bir həftə ərzində həm Brent, həm də WTI növ neftin qiymətləri artıb.
Xüsusilə, son ticarət nəticələrinə görə, bir barel Brent növü neftin qiyməti 70.36 dollar olub (+2.51%), Amerika xam neftinin (WTI) qiyməti isə 68.36 dollardır (+2.82%).
Gürcüstana gəldikdə isə, xatırladaq ki, Yaxın Şərqdə baş verən münaqişəyə görə iyunun sonunda qlobal bazarlarda xam neftin qiyməti artıb. Bu artımla paralel olaraq, Gürcüstanda yanacağın qiyməti 5-10 tetri (təxminən qəpik) civarında bahalaşıb. Artan qiymətlər brend yanacaqdoldurma məntəqələrində 23 iyundan etibarən mərhələli şəkildə əks olunmağa başlayıb.
Bununla belə, son bir həftə ərzində Gürcüstanda yanacağın qiymətində dəyişiklik olmayıb. Daha dəqiq desək, “BusinessPressNews” hazırda müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətlərini təqdim edir:
Gulf
- G-Force Super – 3.47 lari
- G-Force Premium – 3.07 lari
- G-Force Euro Regular – 2.97 lari
- Euro Regular – 2.87 lari
- G-Force Euro Dizel – 3.03 lari
- Euro Dizel – 2.93 lari
Wissol
- Eco Super – 3.45 lari
- Eco Premium – 3.03 lari
- Eco Dizel – 2.98 lari
- Euro Dizel – 2.90 lari
- Euro Regular – 2.85 lari
- Dizel Energy – 2.85 lari
Socar
- Nano Super – 3.45 lari
- Nano Premium – 3.05 lari
- Nano Euro Regular – 2.85 lari
- Euro 5 Dizel – 2.87 lari
- Nano Euro 5 Dizel – 2.99 lari
Rompetrol
- Efix Super – 3.49 lari
- Efix Euro Premium – 3.09 lari
- Euro Regular – 2.87 lari
- Efix Euro Dizel – 3.06 lari
- Euro Dizel – 2.99 lari
Portal
Super – 2.99 lari
Premium – 2.74 lari
Euro Regular – 2.54 lari
Euro Dizel – 2.74 lari
Effektiv Dizel – 2.54 lari
mənbə: marneulifm