Gürcüstan təkzib etdi

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Rusiya vətəndaşı Laura Avtorxanovanın Tbilisidən qaçırılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə “Sputnik Georgia” Telegram kanalı departamentə istinadən məlumat yayıb.
“Ondan alınan məlumata görə, ona qarşı heç bir təhdid və ya başqa cinayətlər törədilməyib”, - nəşr yazır.
Onunla DİN əməkdaşlarının danışdığı qeyd edilir. İdarədən verilən məlumata görə, qız zərərçəkmişlər üçün sığınacağa köçürüləcək.
mənbə: oxu24