Qızılhaclı kəndində deputatla sakin arasında mübahisə davaya çevrilib - VİDEO
Marneuli bələdiyyəsinin Qızılhaclı kəndində seçkiöncəsi görüş zamanı gərginlik yaşanıb.
Görüşdə "Gürcü Arzusu"nun yerli bələdiyyə deputatı Ceyhun Cövdərov və kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri illərdir həllini tapmayan problemlərdən narazılıqlarını dilə gətirərək etiraz ediblər.
Müzakirələr zamanı bələdiyyə deputatı ilə kənd sakinlərindən biri arasında yaranan sözlü mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib.
Hadisə yerində olanlar insidentin qızışmasının qarşısını almağa çalışıblar. Məlumata görə, qarşıdurma nəticəsində ciddi xəsarət alan olmayıb.
mənbə: interpress