İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanılıb

Nov 12, 2026 - 11:41
Nov 12, 2026 - 11:41
 0  12
İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acariya Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlərə, o cümlədən qarət, narkotik cinayətləri və sənəd saxtalaşdırılmasına görə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarılan şəxsi Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxsin Türkiyəyə ekstradisiyası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilir.