Avropa liderləri Tbilisiyə gəlməli idi, İrəvana yox

May 4, 2026 - 21:17
 0  10
Avropa liderləri Tbilisiyə gəlməli idi, İrəvana yox

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti ilə bağlı diqqətçəkən açıqlama verib.

 Saakaşvili məhkəmə çıxışı zamanı Avropa liderlərinin Tbilisi əvəzinə İrəvana getməsindən narazılığını ifadə edib.

O bildirib ki, Tbilisi tarixən Qafqazın əsas siyasi və regional mərkəzi olub və əgər onun hakimiyyəti dövründə yürüdülən siyasi kurs davam etsəydi, sammit məhz Gürcüstan paytaxtında keçirilərdi:

“Kim şübhə edir ki, əgər mənim kursum bu gün davam etsəydi, bütün Avropa liderləri Tbilisiyə gələcək və İrəvana əlavə 40 dəqiqə uçmaq məcburiyyətində qalmayacaqdılar? Gürcüstan hazırda 2013-cü ilin Ermənistanına çevrilib, Ermənistan isə  2012-ci ildən əvvəl daha çox Gürcüstana bənzəyirdi".

mənbə: modern