"Planlaşdırılan inqilab uğursuzluğa düçar oldu"

Dec 15, 2024 - 19:08
 0  105
"Planlaşdırılan inqilab uğursuzluğa düçar oldu"

Baş nazirin Gürcüstanın 2028-ci ilədək Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcəyi barədə tamamilə məntiqli və başa düşülən bəyanatından sonra vəziyyət süni şəkildə gərginləşib.

Bunu Gürcüstanın Qazaxıstandakı səfiri Nikoloz Laliaşvili “Kazinfrom”a müsahibəsində bildirib.

Ölkəsində cərəyan edən siyasi proseslərdən danışan səfir deyib ki, Gürcüstanda planlaşdırılan inqilab uğursuzluğa düçar oldu.

Onun sözlərinə görə, iğtişaşların əsas təşkilatçıları Gürcüstanın qeyri-hökumət təşkilatları olub və digərləri ilə yanaşı, avropalı parlamentarilərin bəyanatları da vəziyyəti daha da gərginləşdirib.

mənbə: publika