Təyyarə havada parçalanmağa başladı - VİDEO
İrana məxsus "Boeing 737" sərnişin təyyarəsi havada parçalanmağa başlayıb.
XEBER.GE xeber verir ki,
Məlumata əsasən, insident "Sepehran" aviaşirkətinə məxsus təyyarə Məşhəddən Kirmanşaha uçarkən baş verib. Təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən birinin örtüyü qopub və kapitan mühərriklə bağlı fövqəladə vəziyyət elan edib. Bu zaman salonda güclü silkələnmə başlayıb, nəticədə rəflər sınıb, sərnişinlərin əşyaları isə onların üzərinə tökülüb.
Pilot geriyə qayıtmaq qərarına gəlib. Təyyarə geriyə dönərək Məşhəd hava limanında qəza enişi edib, sərnişinlərdən xəsarət alan olmayıb.
Bu, son zamanlar Məşhəddə "Sepehran" təyyarəsi ilə bağlı baş verən ilk insident deyil. Avqustun sonlarında digər təyyarə eniş edərkən uçuş-eniş zolağından kənara çıxmışdı, həmin vaxt da xəsarət alan olmamışdı.
mənbə: oxu.az