DİN qanunsuz silah saxlamaqda şübhəli bilinən 5 nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Tbilisi, Şida Kartli, Samegrelo-Zemo Svaneti və Samtsxe-Cavaxeti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş polisin prevensiya tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 5 nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri istintaq tədbirləri, o cümlədən təqsirləndirilən şəxslərin avtomobillərinin, şəxsi və yaşayış evlərinin axtarışı zamanı maddi sübut kimi müxtəlif modeldə 8 odlu tapança, onlarla döyüş patronu, tüfəng və daraqlar götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır ki, bu da 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.