ABŞ səfirliyi Dövlət Departamentinin Gürcüstanla bağlı şərhinin həqiqiliyini təsdiqləyib

Apr 3, 2025 - 20:36
 0  37
ABŞ səfirliyi Dövlət Departamentinin Gürcüstanla bağlı şərhinin həqiqiliyini təsdiqləyib

ABŞ-ın Gürcüstandakı səfirliyi "Interpressnews" agentliyinə təsdiqləyib ki, Globalnews.ge saytında yayımlanan ABŞ Dövlət Departamentinin Gürcüstan haqqında şərhi həqiqidir.

2 aprel tarixində Globalnews portalı məlumat yayıb ki, ABŞ Dövlət Departamentinin sözçüsünə Gürcüstanla bağlı sual ünvanlanıb və cavab olaraq məktub alınıb. Həmin məktubda deyilir ki, "Gürcü Arzusu" hökuməti ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına həqiqətən sadiq olduğunu uyğun addımlarla nümayiş etdirməlidir."
Məktubda vurğulanır:


"Biz Gürcüstana yanaşmamızı ABŞ-ın maraqlarını irəli aparmaq məqsədilə daim qiymətləndiririk. ABŞ açıq şəkildə bəyan edib ki, Gürcüstan hökuməti hansı addımları ata bilər ki, Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasına ciddi yanaşdığını göstərsin.

“Gürcü Arzusu" hökumətinin davamlı antidemokratik hərəkətləri ilə bağlı olaraq – ABŞ-ın vitse-prezidenti Vens Münhen görüşündə vurğuladı ki, demokratik mandat nə opponentlərin senzura olunması və ya həbs edilməsi, nə də əsas seçici elektoratının iradəsinin nəzərə alınmaması ilə əldə edilə bilməz. ABŞ 33 ildir Gürcüstanın və gürcü xalqının tərəfdaşıdır. Bu müddət ərzində biz Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləmişik."

mənbə: marneulifm