Gürcüstan prezidenti Azərbaycana səfər edəcək
 
                                Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.
Bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib.
Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir.
Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.
mənbə: apa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            