Səudiyyə Ərəbistanı Avropaya neft tədarükünü dayandırdı
Səudiyyə Ərəbistanı sentyabrın sonuna planlaşdırılan xam neft tədarükünün bir hissəsini Avropa ölkələrinə göndərməkdən imtina edib.
XEBER.GE xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı növbəti hücum səbəbindən Qırmızı dənizin sahilində yerləşən Yanbu limanına aparan “Şərq-Qərb” neft kəməri ilə tədarükü dayandırmağa məcbur olub. Bundan əlavə, Qırmızı dənizdə husilərin hücumları və Hörmüz boğazından keçən gəmiçilikdə davam edən fasilələr neft ixracını çətinləşdirir.
mənbə: publikaaz