Salome Zurabişvili 5000 lari məbləğində cərimələnib

Gürcüstanın sabiq prezidenti Salome Zurabişviliyə martın 3-də Tbilisinin Rustaveli prospektində yolu bağlamaqda ittiham edilərək, 5000 lari məbləğində cərimə tətbiq edilib.
Bu barədə sabiq prezident sosial şəbəkədə məlumat yayıb və cərimə qəbzinin şəklini də paylaşıb.
Zurabişvili həmin gün vicdan məhbuslarının analarının keçirdiyi aksiyada iştirak edib və bununla bağlı sosial şəbəkədə açıqlama verib:
"Bu gün aktivist oldum. Mən bütün anaların dayanmalı olduğu yerdə idim – vicdan məhbuslarının analarının yanında!" – deyə Salome Zurabişvili yazıb.
mənbə: interpress