Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin ikinci hissəsi ilə aparılır.
XEBER.GE xeber verir ki, bu, insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan məhsulların hazırlanması və ya satılmasını, nəticəsində insan həyatı və ya sağlamlığının təhlükə altına düşməsini nəzərdə tutur.
"Hazırkı məlumata görө, Tbilisidə yerləşən 20 uşaq bağçasının 55 azyaşlısında və 1 tərbiyəçisində zəhərlənmə əlamətləri müşahidə olunur. Onlar tibbi yardım üçün Tbilisidə yerləşən 6 tibb müəssisəsinə müraciət ediblər.
Davam edən istintaq çərçivəsində artıq 50-dən çox azyaşlının qanuni nümayəndəsi və tibb müəssisələrinin əməkdaşları dindirilib.
İşin hallarının vaxtında müəyyən edilməsi məqsədilə istintaq və prosessual tədbirlər, o cümlədən axtarışlar bütün gecə ərzində 4 uşaq bağçasında və uşaq bağçalarını qida məhsulları ilə təmin edən 3 şirkətdə intensiv şəkildə davam etdirilib.
İstintaq tədbirləri Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələri və Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin LEPL – Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Axtarış tədbirlərində Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak edirlər.
Hazırkı məlumata əsasən, zəhərlənmə bağçamalarda qəbul edilən qida məhsulunun ehtimal olunan mənbəyi olduğu bakterial infeksiya ilə əlaqədar ola bilər. Hansı məhsulun məhz zəhərlənməyə səbəb olduğu müvafiq ekspertizanın nəticəsində müəyyən ediləcək.
İstintaq davam edir. Zəhərlənmə hallarının qeydə alındığı bütün uşaq bağçalarından iş üçün əhəmiyyətli olan əşyalar, sənədlər və qida məhsulları götürüləcək.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", – deyə İstintaq Xidməti bəyan edir.