Telavidə avtomobil azyaşlı piyadanı vurub

Jan 16, 2026 - 19:29
 0  13
Telavidə avtomobil azyaşlı piyadanı vurub

Telavi şəhərində yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, hadisə 15 yaşlı qız yolu keçməyə çalışarkən qeydə alınıb. İlkin məlumatlara əsasən, qəza nəticəsində yeniyetmənin ayağı sınıb.

O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya yerləşdirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitələrinin hərəkəti və ya istismarı qaydalarının pozulması) ilə istintaq başladıb.