Tbilisidə neçə mənzil satılıb?
Xəbər.ge saytı bildirir ki, Tbilisidə yeni tikililərin satışları 17% artıb, köhnə mənzillərin satışı isə 7% azalıb.
Colliers Georgia şirkətinin araşdırmasına görə, 2024-cü ilin noyabrında Tbilisidə mənzillərə tələb 2023-cü ilin noyabrı ilə müqayisədə 11% artıb - 3,7 min mənzil satılıb.
Təşkilatın araşdırmasına görə, hesabat dövründə bazarın həcmi 20% artaraq 264 milyon dollar təşkil edib.
Bundan əlavə, Tbilisidə yeni tikililərdə satışlar 17% artıb, köhnə mənzillərin satışı isə 7% azalıb.