Mixeil Saakaşvili: "Gürcüstan ağır geosiyasi çıxılmaz vəziyyətə düşüb"
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin tranzit marşrutları ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.
Saakaşvili bu cür bəyanatların Gürcüstanın 1990-2000-ci illərdə əldə etdiyi geosiyasi nailiyyətlərə xələl gətirdiyini vurğulayıb.
Eks-prezidentin qiymətləndirməsinə görə, mövcud vəziyyət ölkənin ağır geosiyasi çıxılmaz vəziyyətə düşdüyünün göstəricisidir.
O qeyd edib ki, Gürcüstanın regiondakı strateji tranzit rolu təhlükə altına düşə bilər.