Gürcüstanda qadın qeyri-rəsmi nikahda olduğu kişini bıçaqlayıb

Jan 25, 2026 - 13:14
 0  32
Gürcüstanda qadın qeyri-rəsmi nikahda olduğu kişini bıçaqlayıb

Batumi şəhərində ağır cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb.

Xeber.ge xeber  verir ki, saxlanılan şəxs xarici ölkə vətəndaşıdır. İstintaqla müəyyən edilib ki, o, qeyri-rəsmi nikahda olduğu 1991-ci il təvəllüdlü xarici ölkə vətəndaşına bıçaqla döş qəfəsi nahiyəsindən bir neçə zərbə endirib.

Yaralı kişi dərhal təcili tibbi yardım vasitəsilə klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları hadisə yerindən cinayət aləti olan bıçağı maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd) ilə istintaq başladılıb.

Bu maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.