“Qanun pozan hər kəs cavab verəcək”

Oct 3, 2025 - 16:50
 0  14
“Qanun pozan hər kəs cavab verəcək”

Tbilisi meri Kaxa Kaladze 4 oktyabrda Rustaveli prospektində planlaşdırılan aksiyaya münasibət bildirib.

Onun sözlərinə görə, ölkədə toplaşma və ifadə azadlığı təmin olunur, lakin hər hansı qanun pozuntusuna müvafiq reaksiya veriləcək.

“Hamıya müraciət edirəm – heç kim özünü həbsxanaya qurban verməsin. Mənim üçün, paytaxtın meri və bu ölkənin vətəndaşı kimi, xoşagələn fakt deyil ki, insanlar cinayət törədir və sonra həbsxanaya düşürlər. Hər kəs öz fikrini ifadə edə bilər. Əgər qanun pozuntusu, zorakılıq və ya çağırışların icrası ilə bağlı konkret addımlar atılacaqsa, buna reaksiya veriləcək”, – deyə Kaladze bildirib.

Jurnalistlərin “şəhər binalarının piket edilməsini nəzərdə tutursunuzmu?” sualına cavabında Tbilisi meri vurğulayıb: “Qanunu kim pozacaqsa, bunun forması və necə baş verəcəyi önəmli deyil – reaksiya veriləcək”

Kaladze əlavə edib ki, aksiyalar yalnız sivil qaydada keçirilməlidir:

“Ölkəmizdə hər bir vətəndaş və qrup müxtəlif məsələlərlə bağlı mövqeyini ifadə edə bilər – istər toplaşmaqla, istərsə də mitinq vasitəsilə. Amma bu, qanun çərçivəsində baş verməlidir. Əgər zorakılıq və ya qanun pozuntusu baş verərsə, müvafiq qurumlar tərəfindən tədbir görüləcək”.

Meri həmçinin qeyd edib ki, Gürcüstan azad və müstəqil dövlətdir və vətəndaşların fikir bildirmə hüququ tam şəkildə qorunur, lakin bu azadlıq qanunun çərçivəsindən kənara çıxmamalıdır.

mənbə: Intrepress.ge