Kareli polisi Tbilisidə əməliyyat keçirib

Sep 22, 2026 - 11:10
 0  7
Kareli polisi Tbilisidə əməliyyat keçirib

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Kareli Rayon İdarəsinin əməkdaşları odlu silahın və döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə bir nəfəri Tbilisidə saxlayıblar.

XEBER.GE xeber  verir ki, hüquq-mühafizə orqanları hakim Qərarı əsasında təqsirləndirilən şəxsin yaşayış evində və köməkçi tikilisində aparılmış axtarış nəticəsində maddi sübut kimi müxtəlif növ odlu silah və döyüş sursatı, o cümlədən: 5 tapança, 1 revolver, 4 ov tüfəngi, 2 "Vinçester" tipli odlu silah və kəsici ov tüfəngi götürüblər. Polis tərəfindən həmçinin müxtəlif modellərdən olan odlu silahlar üçün nəzərdə tutulmuş onlarla döyüş patronu və daraqlar da götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi ilə aparılır ki, bu da 6 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.