İtalyan maqnatın oğlu Gürcüstan dağlarında həlak oldu
Məşhur italyan dizayner və sahibkar, "Torino Stratosferica" və "Utopian Hours" layihələrinin təsisçisi Luka Ballarinin oğlu Gürcüstanda vəfat edib.
Xeber.ge xeber verir ki,
Luka Ballarini sosial şəbəkə hesabında oğlunun ölümü ilə bağlı sarsıdıcı paylaşım edərək xəbəri təsdiqləyib:
"Pyetro ən çox sevdiyi işi görərkən - dağlarda, bakirə qar üzərində xizək sürərkən xoşbəxt halda vəfat etdi. Bu cür hadisələr filmlərdə, romanlarda olur, amma real həyatda da baş verir. Məni təsəlli edən tək şey onun bu dünyadan xoşbəxt köçməsidir. Sən tanıdığım ən yaxşı insan idin, mənim əziz oğlum. Verdiyin sevgi və mənə öyrətdiyin hər şey üçün təşəkkür edirəm", - deyə dizayner qeyd edib.
Qeyd edək ki, hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, hadisə xizək sürmək üçün nəzərdə tutulmayan (off-piste) ərazidə baş verib.