Şotlandiya polisi Gürcüstanın körlinq millisinin iki üzvünü axtarır

Sep 22, 2026 - 14:21
Sep 22, 2026 - 14:31
 0  8
Şotlandiya polisi Gürcüstanın körlinq millisinin iki üzvünü axtarır

 Şotlandiya polisi Gürcüstanın körlinq üzrə milli komandasının iki üzvünü axtarır. Onlar şotlandiyalı qadına qarşı cinsi zorakılıqda ittiham olunurlar.

XEBER.GE xeber  verir ki, hadisə Dumfris şəhərində Avropa Körlinq Çempionatının seçmə mərhələsi zamanı baş verib. Təqsirləndirilən şəxslər məhkəmə iclasına gəlmədikləri üçün onların həbsinə order verilib.

İddialara görə, onlar digər qadınları da izləyib, qadınlar tualetinə daxil olub və onları gizli şəkildə lentə alıblar.

Təqsirləndirilən şəxslərin Bakurianidə qeydiyyatda olduğu bildirilir. Qalmaqaldan sonra Gürcüstan milli komandası turnirdə iştirakdan imtina edib. Dünya Körlinq Federasiyası onların milli komandanın üzvləri olduğunu təsdiqləyib.