Batumidə təcili tibbi yardım avtomobili iki piyadanı vurub

May 3, 2026 - 14:54
 0  12
Batumidə təcili tibbi yardım avtomobili iki piyadanı vurub

Gürcüstanın Batumi şəhərində Təcili Tibbi Yardım və Fövqəladə Halların Koordinasiya Mərkəzinə məxsus xidməti avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, hərəkətdə olan təcili yardım maşını iki piyadanı vurub.

  Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyadalar dərhal yaxınlıqdakı tibbi müəssisəyə çatdırılıblar. Hazırda yaralılara xəstəxanada bütün zəruri tibbi xidmətlərin göstərildiyi bildirilir.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq başladılıb.

Araşdırmalar nəticəsində qəzada sürücünün təqsirinin olub-olmadığı müəyyənləşdiriləcək.

Cinayət tərkibi aşkar olunacağı təqdirdə, məsuliyyət daşıyan şəxs barəsində qanunauyğun şəkildə bütün müvafiq hüquqi tədbirlər görüləcək.

Xatırladaq ki, hadisənin başvermə səbəbləri və digər detalları polis tərəfindən araşdırılır.