Yunanıstanda havaya atəş açan Gürcüstan vətəndaşı saxlanılıb
Yunanıstanda odlu silahdan havaya atəş açmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Hadisə yerli vaxtla səhər saat təxminən 07:30 radələrində baş verib.
Xeber.ge xeber verir ki,
Saxlanılan şəxsin üzərindən bir ədəd odlu silah və 57 ədəd döyüş patronu aşkar edilərək götürülüb.
Polisin həmin şəxsin yaşadığı evdə keçirdiyi yoxlama zamanı mənzillərdən oğurluq etmək üçün istifadə olunan müxtəlif alətlər və texniki vasitələr tapılıb.
İlkin ehtimala görə, saxlanılan şəxs mənzil oğurluqları ilə məşğul olan cinayətkar qruplaşmanın üzvü ola bilər.
Faktla bağlı Yunanıstan qanunvericiliyinə uyğun olaraq cinayət işi açılıb, araşdırma aparılır.