Tbilisi Şəhər Məhkəməsində bomba həyəcanı...

Oct 1, 2025 - 16:09
 0  13
Tbilisi Şəhər Məhkəməsində bomba həyəcanı...

Tbilisi Şəhər Məhkəməsində bomba ilə bağlı edilən zəngdən sonra evakuasiya elan edilib. Hazırda məhkəmədə bütün iclaslar dayandırılıb, giriş qapısı bağlanıb.

Hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Məhkəmə binasından çıxan bəzi vəkillər hadisəni Levan Canqveladzeyə qarşı qətl işinə görə saxlanılan Gela Udzilaurinin məhkəmə prosesi ilə əlaqələndiriblər. Qeyd olunur ki, məhz bu işin müzakirəsi zamanı, bomba barədə xəbərdarlıqdan əvvəl fasilə elan olunmuşdu.

mənbə: interpress