Həmkəndlisini yaralayan şəxs saxlanılıb

Oct 3, 2025 - 16:47
 0  19
Həmkəndlisini yaralayan şəxs saxlanılıb
: :
playing

Mçxeta-Mtianeti Polis Departamentinin Duşeti rayon bölməsinin əməkdaşları keçirdikləri operativ tədbirlər nəticəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.S.- ni “isti izlərlə” saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, G.S. kənd sakini, 2004-cü il təvəllüdlü M.X.-lə mübahisə zəminində münaqişə yaşayıb və ona soyuq silahla bir neçə bıçaq zərbəsi vurub. Daha sonra hadisə yerindən qaçıb. Yaralı gənc xəstəxanaya yerləşdirilib.

Polis cinayət aləti olan bıçağı maddi sübut kimi götürüb. Faktla bağlı Gürcüstan CM-nin 19-108-ci maddəsi üzrə istintaq aparılır.

mənbə: Intrepress.ge