“Gürcüstanda inqilab qaçılmazdır”

Oct 3, 2025 - 16:43
 0  33
“Gürcüstanda inqilab qaçılmazdır”

Ölkədə inqilab artıq qaçılmazdır, lakin bu dəfə proses partiyaların deyil, yeni nəslin – “Gen Z”-nin ətrafında formalaşacaq.

Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək bildirib.

Saakaşvilinin sözlərinə görə, bəzi partiyalar hakimiyyətə loyal “müxalifət” kimi qalmağa çalışır və əsas mübarizəni aparan siyasi qüvvələri kənara itələmək istəyir. Onun fikrincə, bu qüvvələr bütün ümidlərini etirazların uğursuzluğuna və rəqib partiyaların diskreditə olunmasına bağlayıblar, bu isə əslində “rus rejiminin” qorunub saxlanmasına xidmət edir.

“Gürcüstanda inqilab qaçılmazdır, amma 2003-cü ildən fərqli olaraq, bu, partiyaların inqilabı olmayacaq. Müasir dövrdə bütün uğurlu inqilabları – Nepalda, Madaqaskarda, eləcə də hazırkı Serbiya etirazlarını – məhz ‘Gen Z’ həyata keçirib. Gürcüstanda da etirazların əsas nüvəsi gənc nəsildir və bu stixiya heç vaxt bəzi siyasətçilərin intriqalarına və dar maraqlarına tabe olmayacaq”, – deyə Saakaşvili vurğulayıb.

mənbə: Intrepress.ge