Parlament qarşısındakı aksiyada Elene Xoştaria saxlanılıb

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Elene Xoştaria polis tərəfindən saxlanılıb.
Polis siyasətçini avtomobilə mindirərək ərazidən uzaqlaşdırıblar.
Məlumata görə, etirazçılar parlamentin müvəqqəti istintaq komissiyasının – “Vahid Milli Hərəkat” hakimiyyətinin fəaliyyətini araşdıran komissiyanın – işinə qarşı çıxmaq məqsədi ilə toplaşıblar.
Hadisə yerində polis qüvvələri səfərbər olunub.
mənbə: interpress