Polşa Gürcüstan, Kolumbiya və Venesuela vətəndaşları üçün viza rejimi tətbiq edir
Polşa Gürcüstan, Kolumbiya və Venesuela vətəndaşları üçün viza rejimini tətbiq edir.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı yerli media Xarici İşlər Nazirliyinə istinadən yayır.
Yeni qaydalar Polşa xarici işlər nazirinin 2026-cı il 10 avqust tarixli sərəncamı ilə qəbul edilib.
Medianın bildirdiyinə görə, hökumət bu qərarı qeyri-qanuni miqrasiya və kölgə iqtisadiyyatına qarşı mübarizə kimi qiymətləndirir.
Təqdim olunan hər bir müraciət üzrə müvafiq qurumlar əcnəbi üçün xarakterik olan miqrasiya risk faktorlarını diqqətlə araşdıracaqlar.
Məlum olduğu kimi, yeni qaydalar qüvvəyə minənədək Polşaya daxil olan şəxslər əvvəlki şərtlərlə ölkədə qala biləcəklər.
Media yazır ki, təkcə 2025-ci ildə Gürcüstan, Kolumbiya və Venesuela vətəndaşlarına ümumilikdə 39 092 iş icazəsi verilib. Mütləq əksəriyyəti Kolumbiyadan gələn mütəxəssislər və işçilər olub (37 337 icazə), 1 277 icazə Venesuela, 478 icazə isə Gürcüstan vətəndaşları üçün verilib.