İsti hava fonunda şimşək və yağış

Aug 18, 2026 - 14:30
 0  9
İsti hava fonunda şimşək və yağış

 XEBER.GE xeber  verir ki, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 19-21 avqust tarixlərində Gürcüstanın bəzi rayonlarında istilərlə yanaşı, şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı gözlənilir.

  • Tbilisi şəhərində: Zəif qısamüddətli yağış, şimşək və küləyin güclənməsi ehtimal olunur. Hava temperaturu gündüz saatlarında +31, +33 dərəcə təşkil edəcək.
  • Sahil rayonlarında (Batum, Kobuleti, Anaklia, Poti): Şimşəklə müşayiət olunan qısamüddətli yağış ehtimalı var. Hava temperaturu gündüz saatlarında +27, +29 dərəcə təşkil edəcək.
  • Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +30, +32 dərəcə olacaq.
  • Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +30, +32 dərəcə olacaq.
  • Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Bakhmaro): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +27, +29 dərəcə olacaq.
  • Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +31, +33 dərəcə olacaq.
  • Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +31, +33 dərəcə olacaq.
  • Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +28, +30 dərəcə olacaq.
  • Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Hava temperaturu gündüz saatlarında +23, +25 dərəcə olacaq.