Aİ-dən deportasiya: Gürcüstan Türkiyədən sonra ikinci yerdədir
Avrostatın (Avropa Statistika İdarəsi) son hesabatına görə, Avropa İttifaqı (Aİ) ölkələrindən deportasiya edilən xarici ölkə vətəndaşlarının sayına görə Gürcüstan ikinci pillədə qərarlaşıb.
Xeber.ge xəbər verir ki, 2025-ci il ərzində 10 475 Gürcüstan vətəndaşı Şengen zonasından çıxarılıb.
2025-ci ildə Aİ üzvü olan dövlətləri tərk etmək barədə cəmi 491 950 nəfərə rəsmi əmr verilib ki, bu da 2024-cü illə müqayisədə 5,8% çoxdur.
Ötən il ümumilikdə 135 460 nəfər (qeyri-Aİ ölkə vətəndaşı) öz vətəninə geri qaytarılıb. Bu göstərici 2024-cü illə müqayisədə (112 040 nəfər) 20,9% artıb.
2025-ci ildə Şengen zonasına daxil olmaq istəyən 132 600 nəfərə rəsmi şəkildə "yox" cavabı verilib.
Hesabatda Gürcüstan vətəndaşlarının deportasiya siyahısında ilk sıralarda olduğu vurğulanır:
Türkiyə: 13 405 nəfər (birinci yer)
Gürcüstan: 10 475 nəfər (ikinci yer)
Suriya: 8 370 nəfər (üçüncü yer)
Qeyd olunur ki, 2024-cü ildə deportasiya edilən Gürcüstan vətəndaşlarının sayı 12 050 nəfər olub. Bu isə o deməkdir ki, 2025-ci ildə deportasiya sayında təxminən 20%-lik bir azalma müşahidə edilib.
Ən çox deportasiya qərarı verən ölkələr arasında Almaniya (29 295 nəfər) liderdir. Gürcüstan vətəndaşlarının da ən çox Almaniyadan çıxarıldığı bildirilir. Növbəti yerlərdə Fransa (14 940) və İsveç (11 250) qərarlaşıb.