Tbilisidə evə oğurluğa girən şəxs saxlanılıb

May 15, 2026 - 11:20
 0  11
Tbilisidə evə oğurluğa girən şəxs saxlanılıb
: :
playing

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Rayon İdarəsinin əməkdaşları oğurluğa cəhd törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 Xeber.ge xəbər verir ki, saxlanılan şəxs əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunub.

İstintaqla müəyyən edilib ki, sözügedən şəxs oğurluq məqsədilə özgəsinə məxsus yaşayış evinə qanunsuz daxil olmağa cəhd göstərib.

Lakin o, niyyətini sona çatdıra bilməyərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs yaxalanıb. Saxlanılma zamanı ondan oğurluq törətmək üçün nəzərdə tutulmuş xüsusi alətlər maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci maddəsi (oğurluğa cəhd) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.