Vaqzal bazarında yanğından zərərçəkənlər Tbilisi meriyasının nümayəndələrinin gəlməsini tələb edirlər

May 1, 2025 - 15:27
 0  35
Vaqzal bazarında yanğından zərərçəkənlər Tbilisi meriyasının nümayəndələrinin gəlməsini tələb edirlər

Dünən Tbilsinin “Vaqzal bazarı”  ərazisində baş vermiş yanğından zərərçəkən vətədanşlar Tbilisi meriyasının nümayəndələrinin hadisə yerinə gəlməsini tələb edirlər.

Bu barədə yanğından zərərçəkmişlər bildirib.

“ Tbilisi meriyasından mərhəmət istəyirik. Burada toplaşanların hamısı sadə insanlardır. Siyasət bizi maraqlandırmır və başa da düşmürük. Bizim işimiz ailəmiz üçün çörək qazanmaqdır. Mən şəxsən bir neçə dəfə Tbilisi meriyasına zəng etdim, amma heç kim cavab vermədi. Biz Tbilisi meriyasının nümayəndəsini gözləyirik. Kimsə meriyadan gəlib bizə desin ki, necə və nə ilə kömək edəcəklər. Mənim anbarımda geyim malları var idi, indi isə yalnız bank borcu qalıb, başqa heç nə.

Bu gün biz öz mallarımızın saxlandığı yerləri görmək istəyirdik, çünki bəziləri deyir ki, mallar oğurlanıb… Əgər yansa idi, yanan mallar da qalmalı idi! Biz əraziyə buraxılmadıq. Belə böyük ərazi yanmadan necə məhv olardı?! –  satıcılardan biri bildirib.

Qeyd edək ki, “Vaqzal bazarında” dünən baş vermiş yanğından sonra bu gün səhər saatlarında ərazidə səs-küy və satıcılarla polis arasında qarşıdurma yaşanıb. Satıcılar anbarlara daxil olaraq yanğından sağ qalan mallarını çıxarmağa çalışıblar, lakin polis onların əraziyə girişinə imkan verməyib.

mənbə: Interpress