Həyat yoldaşı və daha iki nəfərin qətlində təqsirləndirilən şəxs ömürlük həbs cəzasına məhkum edildi

May 1, 2025 - 15:05
 0  35
Həyat yoldaşı və daha iki nəfərin qətlində təqsirləndirilən şəxs ömürlük həbs cəzasına məhkum edildi

2024-cü il 28 avqust tarixində Qurcaanı bələdiyyəsində baş vermiş üç nəfərin qətlinə görə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bu barədə Gürcüstan Prokurorluğu məlumat verib.

Prokurorluğun yaydığı məlumatda deyilir ki, məhkəmədə araşdırılan sübutlarla təsdiqlənib: 2024-cü il 28 avqustda Qurcaanı bələdiyyəsinin Axaxşeni kəndində təqsirləndirilən şəxs genderə əsaslanan, dözümsüzlük və qisas motivi ilə odlu silahdan atəş açaraq həyat yoldaşını və həmin an hadisə yerində olan digər bir şəxsi qətlə yetirib. Hər iki zərərçəkən aldığı güllə yaralarından hadisə yerində vəfat edib.

Bundan sonra təqsirləndirilən şəxs Zeqaani kəndinə gedərək, odlu silahdan daha bir nəfərə atəş açıb. Yaralanan şəxs aldığı xəsarətlərdən dünyasını dəyişib.

Telavi Rayon Məhkəməsi təqsirləndirilən şəxsi təqdim olunmuş ittiham üzrə (Cinayət Məcəlləsinin 11’-109-cu maddəsinin “t”, “k” və “l” bəndləri) tam şəkildə təqsirli bilib və ona cəza olaraq ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb.

mənbə: Interpress